Modern.az

Ermənistan müharibədə 6 mindən çox itki verib - Statistika

Ermənistan müharibədə 6 mindən çox itki verib - Statistika

Aktual

13 Fevral 2021, 21:34

Ötən il Ermənistanda ölüm səviyyəsi 2019-cu ilə nisbətən 35 faiz artıb.

 

Modern.az "milli.az"a istinadla xəbər verir ki, bu barədə erməni saytları yazırlar. Qeyd olunur ki, 2019-cu ildə ölüm sayı 26 min 200 nəfər olubsa, 2020-ci ildə bu say 35 min 370 nəfərə çatıb.

 

Bu statistikaya müharibə və koronavirusda ölənlər də daxil edilib. Nəzərə alsaq ki, ötən il Ermənistanda 2823 nəfər COVİD 19-dan ölüb, onda 2019-cu illə müqayisədə 9 min 170 ölümdən yerdə qalan 6 min 347 nəfərin müharibədə tələf olduğunu ehtimal etmək olar.

 

Qeyd olunan rəqəmlər onu deməyə imkan verir ki, Ermənistan rəhbərliyi müharibədə yalnız 2 min 425 nəfərin öldüyünü deməklə xalqı müharibə dövründə olduğu kimi yenə də aldatmaqda davam edir.

Demoqrafik statistikadan göründüyü kimi ölənlərin gerçək sayı açıqlanandan ən azı 2,5 dəfə çoxdur.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...