Modern.az

Biləsuvarda piyadanı maşın vurdu

Biləsuvarda piyadanı maşın vurdu

Aktual

13 Fevral 2021, 22:00

Biləsuvar rayonunda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Nəsimikənd kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlunu avtomobil vurub. İlkin məlumata görə, avtomobil hadisə yerindən uzaqlaşıb.

 

Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.

 

Faktla bağll araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi