Şuşada Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) - Azərbaycan opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq artistinin evinin ilkin bərpa layihəsi təqdim olunub.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov özünün feysbuk hesabında yazıb.
"Müğənninin Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb. Müğənniyə etiram əlaməti olaraq Abidələri Müdafiə Təşkilatı İctimai birliyinin üzvü Tural Zeynalov tərəfindən evinin onlayn bərpası hazırlanmışdır.
Diqqətinizə çatdırırıq ki, Şuşa şəhərində olan 850-dən çox tarix və mədəniyyət abidələrinin layihə smeta sənədləri hazırlanıb, abidələrə dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanıb Dövlət qrumlarına təqdim ediləcəkdir", - deyə F.İsmayılov bildirib.
T.İSMAYIL