Modern.az

COVID-19 qrip kimi vərdiş halına gələcək - Britaniyalı nazir

COVID-19 qrip kimi vərdiş halına gələcək - Britaniyalı nazir

Aktual

13 Fevral 2021, 23:01

Böyük Britaniya hökuməti hesab edir ki, bu ilin sonuna qədər COVID-19 qrip kimi vərdiş halına gələcək və müalicəsi nisbətən asan olacaq.

 

Modern.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Matt Hankok “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib.

 

“Ümid edirik ki, COVID-19 ilin sonuna qədər müalicə edilə bilən bir xəstəliyə çevriləcək”, - deyə o bildirib.

 

Onun sözlərinə görə, bu, yaxşılaşdırılmış müalicə protokolları, COVID-19-a qarşı effektivlik göstərən yeni dərmanların ortaya çıxması və kütləvi peyvəndlər sayəsində reallaşacaq.

 

Britaniyalı nazir əlavə edib ki, nəticədə, hər birimizin həyatını təsir edən pandemiyalardan olan COVID-19 qrip kimi yaşamağımız lazım olan növbəti xəstəlik olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV