Modern.az

Tramp Kapitoliyə hücum edən tərəfdarlarını geri çağırmaqdan imtina edib - CNN

Tramp Kapitoliyə hücum edən tərəfdarlarını geri çağırmaqdan imtina edib - CNN

Aktual

13 Fevral 2021, 23:25

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kapitolinin ələ keçirildiyi gün respublikaçıların xahişlərinə məhəl qoymayaraq, tərəfdarlarını geri çağırmaqdan imtina edib.

 

Modern.az xəbər verir ki, bu iddia ilə CNN telekanalı çıxış edib.  

 

Mənbənin verdiyi məlumata görə, 6 yanvar - Kapitolidəki iğtişaşlar günü Donald Trampla Nümayəndələr Palatasındakı Respublikaçıların lideri Kevin Makkarti arasında gərgin telefon danışığı olub.

 

Telefon danışığı zamanı K. Makkarti D.Trampdan xahiş edib ki, o, tərəfdarlarına çağırış etsin və onları Kapitoli binasını tərk etməyə səsləsin. Lakin D.Tramp bunu etməkdən imtina edib.

 

Xatırladaq ki, ABŞ-da Donald Trampa qarşı “Qiyama təhrik” maddəsi üzrə ittiham irəli sürülüb.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi