Modern.az

Messi Xavinin rekordunu təzələdi

Messi Xavinin rekordunu təzələdi

Aktual

14 Fevral 2021, 00:15

Lionel Messi “Barselona” forması ilə La Liqada 505-ci oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, hazırda “Kamp Nou”da “Alaves”ə qarşı oyuna çıxan Messi “Barselona”nın keçmiş yarımmüdafiəçisi Xavinin İspaniya çempionatında ən çox oyun rekordunu təzələyib.

 

Hazırda Kataloniya klubunda 759-cu dəfə forma geyinən Lionel Messi daha 8 oyunda iştirak etsə, Xavinin “Barselona” tarixində ən çox oyun rekordunu (767 oyun) yeniləyəcək.

 

İspaniya La Liqasının 23-cü turu çərçivəsində keçirilən "Barselona" - "Alaves" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

 

Turan ASLAN 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV