Modern.az

Koronavirusa qarşı universal peyvənd hazırlanır

Koronavirusa qarşı universal peyvənd hazırlanır

Aktual

14 Fevral 2021, 00:44

Böyük Britaniyada koronavirusun bütün ştammlarına qarşı universal peyvənd hazırlanır.

 

Modern.az "The Daily Telegraph" qəzetinə istinadla xəbər verir ki, yeni peyvəndin hazırlanması üzərində alimlərdən ibarət iki qrup çalışır.

 

Bildirilir ki, yeni vaksin bədənin immunitet sisteminə SARS-CoV-2-nin mərkəzi hissəsindən zülalları tanımağa imkan verir. SARS-CoV-2-nin mərkəzi hissəsindən olan zülallar daha az dəyişikliklərə məruz qalır və bu, yeni peyvəndlərin daha təsirli qalmasına imkan verməlidir.

 

Məlumata əsasən, yeni peyvəndlərin hazırlanması ilə Nottinqem Universiteti və "Scancell" şirkəti məşğul olurlar.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi