Modern.az

Tiflisdə etirazçılarla polis arasında qarşıdurma - Saxlanılanlar var

Tiflisdə etirazçılarla polis arasında qarşıdurma - Saxlanılanlar var

Aktual

14 Fevral 2021, 09:38

Paytaxt Tbilisidə "Gürcü Arzusu"nun mərkəzi ofisi qarşısında bir qrup ictimai aktivist etiraz aksiyası keçirib.

 

Modern.az  Gürcüstan KİV-nə istinadla xəbər verir ki, sözügedən ərazidə polis və etirazçılar arasında qarşıdurma yaşanıb.

 

Aksiya iştirakçıları 2020-ci il parlament seçkilərinin nəticələrinə etiraz ediblər. İctimai aktivistlərin məlumatına görə, polis bir neçə etirazçını saxlayıb. Aksiya hakim partiya üzvlərinin ofisdə keçirdikləri toplantı ilə paralel olaraq baş tutub.

 

"Gürcü Arzusu"nun aparıcı üzvləri mərkəzi ofis binasından ayrıldıqları zaman isə etirazçılar "qul-qul" şüarları sələndiriblər. Daha sonra isə polislə qarşıdurma yaşanıb.

 

"Gürcü Arzusu" ofisi qarşısında aksiya keçirən etirazçılar parlament binasına doğru yürüş ediblər. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV