Modern.az

Əfqanıstan-İran gömrük məntəqəsində yanğın

Əfqanıstan-İran gömrük məntəqəsində yanğın

Aktual

14 Fevral 2021, 13:41

Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində İranla sərhəddə gömrük məntəqəsində şənbə günü baş vermiş yanğın zamanı azı 70 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın "Farsnyus" agentliyi bildirib.

 

Qeyd edilir ki, alov təxminən 20 min kv metr ərazini əhatə edib. Hadisə nəticəsində təxminən 500 yük maşın yanıb. Onlardan azı 70-i İrana məxsus olub.

 

Qeyd edək ki, hadisə gömrük məntəqəsində benzindaşıyan maşının partlayışı nəticəsində baş verib. Əfqan tərəfi alovun söndürülməsi üçün İrandan kömək istəyib. Yanğın lokallaşdırılıb.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV