Modern.az

Göygöldə sərnişin avtobusu ağaca çırpıldı

Göygöldə sərnişin avtobusu ağaca çırpıldı

Aktual

14 Fevral 2021, 17:34

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

 

Hərəkətdə olan sərnişin avtobusu “Mercedes Sprinter” idarə etməni itirib. Nəticədə avtobus ağaca çırpılıb.

 

Qəza zamanı 1984-cü il təvəllüdlü Həsənov Tofiq, 1985-ci il təvəllüdlü  Bayramov Mehman və 1967-ci il təvəllüdlü Mirzəyev Cahid xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan sonuncunun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi