Modern.az

Bill Qeytsin qızından “çipləşdirmə” zarafatı

Bill Qeytsin qızından “çipləşdirmə” zarafatı

Aktual

14 Fevral 2021, 21:41

Son zamanlar adı müxtəlif növ konspiroloji iddialarda hallanan amerikalı milyarder Bill Qeytsin böyük qızı Cennifer “çipləşdirmə” barədə zarafat edib.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, gənc xanım koronavirusa qarşı peyvənd olunduqdan sonra öz “Instagram” səhifəsində təəssüratlarını bölüşüb.  

 

“Təəsüf ki, vaksin dahi atamı mənim beynimə köçürə bilmədi”, - deyə Cennifer yazıb.

 

O, bildirib ki, Maunt Sinay Tibb Mərkəzinin tədris müəssisəsində təhsil aldığı üçün vaksinasiya zamanı prioritet qrupa salınıb və peyvənd olunub.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV