Modern.az

Abşeronda naməlüm piyadanı maşın vurub öldürdü

Abşeronda naməlüm piyadanı maşın vurub öldürdü

Aktual

14 Fevral 2021, 23:04

Binəqədi-Novxanı yolunda ağır yol qəzası baş verib, bir nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, hadisə Novxanı qəsəbəsinin girişində qeydə alınıb.

 

Bakının Suraxanı rayon sakini İbrahimov Səyyad Alı oğlu idarə etdiyi 90-SP-847 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə hələlik şəxsiyyəti məlum olmayan kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit məhkəmə-tibb ekspertizasına təhvil verilib (apa).

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi