Modern.az

Naxçıvan Qarnizonu Qoşunlarında toplantı - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında toplantı - VİDEO

Aktual

15 Fevral 2021, 21:21

Naxçıvan Qarnizonu Qoşunlarında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib.


Modern.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, toplantı zamanı əsas diqqət ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin tabelikdə olanların fərdi-psixoloji xüsusiyyətlərini öyrənmə  vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.


Müxtəlif qurumların nümayəndələrinin də iştirak etdiyi nəzəri dərslərdə hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Milli-mənəvi və dini dəyərlərin yad təsirlərdən qorunması”, “Mədəniyyət müəssisələri ilə qarşılıqlı əlaqədə mədəni-kütləvi tədbirlərin keçirilməsi”, “Hərbi kollektivi idarəetmə psixologiyası”, informasiya təhlükəsizliyindən “Müasir müharibələrdə informasiya qarşıdurması”, eləcə də digər mövzularda mühazirələr oxunub.
3 günlük toplantının sonuncu günündə 44 günlük Vətən müharibəsi zamanı kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin fəaliyyətindən,  düşmənin ifşa edilmiş dezinformasiyalarının təhlilindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV