Modern.az

Nazir ABŞ səfiri ilə üçtərəfli bəyanatın icrasını müzakirə etdi

Nazir ABŞ səfiri ilə üçtərəfli bəyanatın icrasını müzakirə etdi

Aktual

15 Fevral 2021, 21:10

15 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının  (ABŞ) Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

 

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...