Modern.az

Çavuşoğludan amerikalı həmkarına etiraz

Çavuşoğludan amerikalı həmkarına etiraz

Aktual

15 Fevral 2021, 22:55

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Antoni Blinken ilə telefonla danışıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib. 

 

Qeyd olunub ki, Cavuşoğlu ABŞ-ın xarici işlər nazirini yeni vəzifəyə təyin olunması ilə əlaqədar təbrik edib. 

 

Nazirlər iki ölkə arasında əlaqələr, FETÖ, PKK/PYD mövzusu, terrorla mübarizə, “S-400” və bəzi regional məsələlər - Suriya, Şərqi Aralıq dənizi ilə bağlı müzakirələr aparıblar.

 

Çavuşoğlu ABŞ-ın PKK terrorçuları tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşı ilə əlaqədar açıqlamasından narahatlığını ifadə edib.

 

Hər iki nazir yaxın gələcəkdə gündəmdə olan mövzuları daha ətraflı şəkildə müzakirə etmək üçün bir daha danışıqlar aparacaqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV