Bu gün UEFA Çempionlar Liqasının (ÇL) 1/8 finalında iki oyun keçiriləcək.
Modern.az xəbər verir ki, “Barselona” öz meydanında PSJ-ni qəbul edəcək.
Günün digər görüşü Budapeştdə keçiriləcək. “Leypsiq” “Liverpul”u Macarıstanda qəbul edəcək. Buna səbəb İngiltərə təmsilçisinin koronavirus səbəbindən Almaniyaya gedə bilməməsidir.
Fevralın 17-də isə Çempionlar Liqasının daha iki oyunu baş tutacaq.
“Yuventus” səfərdə “Porto”nun qonağı olacaq.
Günün digər matçı da Pireney yarımadasında keçiriləcək. “Sevilya” öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk oyunlara fevralın 23-24-də keçiriləcək matçlarla yekun vurulacaq.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
16 fevral
00:00. “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
00:00. “Barselona” (İspaniya) - PSJ (Fransa)
17 fevral
00:00. “Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)
00:00. “Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)