Modern.az

“Heç bir şeydən qorxmuram” – Kuman

“Heç bir şeydən qorxmuram” – Kuman

Aktual

16 Fevral 2021, 01:00

"Püşkatmadan sonra demişdim ki, komandama güvənirəm və düşünürəm ki, oyun stilimizdə inkişaf var. Düşünürəm ki, bərabər oyun olacaq".

 

Modern.az xəbər verir ki, bunu "Barselona" komandasının baş məşqçisi Ronald Kuman PSJ ilə oyun öncəsi keçirdiyi mətbuat konfransında bildirib.

 

"Heç bir şeydən qorxmuram, çünki komandama tam güvənirəm və eyni zamanda da rəqibə hörmət edirəm. Oyuna hakim olmağa çalışacağıq. Hər komandanın üstün və mənfi cəhətləri var və biz də rəqibin zəif tərəflərinə köklənəcəyik.

Fiziki cəhətdən komanda yaxşılaşıb. Komandaya gələndən bu mənada böyük inkişaf görürəm. Uşaqlar əla iş görüblər", - deyə Kuman bildirib.

 

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasının səkkizdə bir final mərhələsində "Barselona" öz meydanında PSJ-ni qəbul edəcək.

 

T.İSMAYIL



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV