Modern.az

ATƏT-in yeni sədri Gürcüstanda səfərdədir

ATƏT-in yeni sədri Gürcüstanda səfərdədir

Aktual

16 Fevral 2021, 08:48

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Lindenin Gürcüstana rəsmi səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, isveçli diplomat səfər çərçivəsində Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşəcək.

 

Görüşün əsas müzakirə mövzusu ATƏT-ə sədrlik edən İsveçlə beynəlxalq əməkdaşlığın aktual məsələləri olacaq.

A.Linde həmçinin Gürcüstan prezideni Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya və parlament sədri Arçil Talakvadze ilə də görüşlər keçirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!