Modern.az

“Hər gün naziri məlumatlandırıram” - Azad Rəhimovun son durumu ilə bağlı açıqlama - RƏSMİ

“Hər gün naziri məlumatlandırıram” - Azad Rəhimovun son durumu ilə bağlı açıqlama - RƏSMİ

Aktual

16 Fevral 2021, 10:26

Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun müalicəsi ABŞ-da davam etdirilir.

Bunu Modern.az saytına nazirliyin mətbuat katibi Səmayə Məmmədova nazirin son durumu haqqında danışarlən deyib.


O, nazirlə hər gün əlaqə saxladığını qeyd edib.


"Cənab nazir müalicəsini davam etdirir, nə vaxt gələcəyi haqqında heç bir məlumatımız yoxdur. Gündəlik olaraq hər bir mövzu ilə bağlı naziri məlumatlandırıram, suallarım olduğu halda ona müraciət edirəm və onun tapşırıqları olduqda bizə ünvanlayır",- Səmayə Məmmədova deyib.

Gənclər və idman naziri Azad Rəhimov bir müddət əvvəl  onkoloji xəstəliklə əlaqədar ABŞ-dakı klinikalardan birinə yerləşdirilib.


Mehri QURBAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi