Modern.az

Nazirlik hərbçilərə peyvəndin necə vurulacağını AÇIQLADI

Nazirlik hərbçilərə peyvəndin necə vurulacağını AÇIQLADI

Aktual

16 Fevral 2021, 15:17

Müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir.

 

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...