Modern.az

Oljas Süleymanov koronavirusa yoluxub

Oljas Süleymanov koronavirusa yoluxub

Aktual

16 Fevral 2021, 16:04

Tanınmış qazax yazıçısı, ictimai xadim Oljas Süleymanov koronavirusa yoluxub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda yazıçı müalicə olunur.

Həkimlər onun həyat yoldaşı ilə birgə uzun zaman müalicə alacağını deyirlər.

Dünya şöhrətli Oljas Süleymanov Sovet vaxtlarında belə Türk dünyasının dəyərlərinə sahib çıxıb. Bu istiqamətdə çoxlu əsərlərə imza atıb. Ən önəmlisi 1975-ci ildə çap olunmuş “Az i ya” kitabıdır. Kitab rus ədəbiyyatının başlanğıc əsəri sayılan “İgor polku haqqında dastan”ın türk mənşəli dastan olduğunu təsdiq edib.

Oljas Süleymanov sonrakı əsərlərində daha çox qədim türk dilini araşdırıb.


Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV