Modern.az

Polis “xınayaxdı” keçirənləri cərimələdi

Polis “xınayaxdı” keçirənləri cərimələdi

Aktual

16 Fevral 2021, 16:41

Salyan polisi tərəfindən şəhər ərazisində xidmət aparılan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə “xınayaxdı” mərasimi təşkil edildiyi müəyyən edilib. 

 

DİN-dən Modern.az-a verilən məlumata görə, polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb.

 

Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi