Modern.az

AFFA-da Vüqar Nadirova vəzifə verildi

AFFA-da Vüqar Nadirova vəzifə verildi

Aktual

16 Fevral 2021, 17:13

Veteran futbolçu, "Qarabağ" və millimizin sabiq üzvü Vüqar Nadirov Mini Futbol Liqasının (MFL) direktoru təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Fəaliyyətə başladığı gündən MFL tərəfindən istər kişilərdən, istərsə də qadınlardan ibarət komandalar arasında müxtəlif turnirlər təşkil olunub və MFL qısa müddət ərzində həvəskar futbolçuların böyük marağına səbəb olan layihələr həyata keçirib.

 

Təsisçilərin ümumi yığıncağında Vüqar Nadirovun direktor vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.

 

Qeyd edək ki, MFL-in səhmlər paketinin 25 faizi AFFA-ya məxsusdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi