Modern.az

Magistraturaya sənəd qəbulu: 13857 bakalavr ərizəsini təsdiqləyib

Magistraturaya sənəd qəbulu: 13857 bakalavr ərizəsini təsdiqləyib

Aktual

16 Fevral 2021, 17:18

Magistraturaya sənəd qəbulu davam edir. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.


Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, 16 fevral saat 17:10-a olan məlumata əsasən 13857 bakalavr ərizəsini təsdiq edib. (Azərbaycan bölməsi - 12632; rus bölməsi - 1225)


Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.


Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

(//eservices.dim.gov.az/erizemag/erize)

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV