Modern.az

Azərbaycan, Türkiyə, Gürcüstan XİN rəhbərləri Bakıda görüşəcək

Azərbaycan, Türkiyə, Gürcüstan XİN rəhbərləri Bakıda görüşəcək

Aktual

16 Fevral 2021, 17:42

Fevralın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 19 fevralda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi