Modern.az

Qusarda avtoqəza 850 abonenti qazsız qoydu - FOTO

Qusarda avtoqəza 850 abonenti qazsız qoydu - FOTO

Aktual

16 Fevral 2021, 23:10

Fevralın 16-sı axşam saatlarında Qusar rayonunun N.Həbibov, Tolstoy və daha bir neçə küçəsini, eləcə də Mərkəzi Xəstəxananı təbii qazla təmin edən, diametri 159 mm olan qaz xəttinin üzərinə minik avtomobili aşıb. Nəticədə 850 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər bildirib.

 

Onun sözlərinə görə, hadisə yerində araşdırma aparılır və müvafiq prosedurlar icra olunur. Fevralın 17-də səhər saatlarında qaz təchizatı bərpa olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...