Modern.az

Bakıda kişinin boğazına zəncir vurdular - Polis hərəkətə keçdi – VİDEO

Bakıda kişinin boğazına zəncir vurdular - Polis hərəkətə keçdi – VİDEO

Aktual

16 Fevral 2021, 23:45

Paytaxtın Sabunçu rayonunda vətəndaşın boğazına zəncir vurub bağlayıblar. 

 

Modern.az xəbər verir ki, bu barədə videögörüntülər sosial şəbəkələrdə paylaşılıb. 

 

Videogörüntülərdə obyekt sahibi məkanına oğurluğa girməkdə ittiham etdiyi şəxsin boğazına zəncir vuraraq onu cəzalandırıb. 

 

Sosial şəbəkədə sürətlə yayılan videogörüntülər şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. 

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "oxu.az"a bildirilib ki, sosial şəbəkə seqmentlərində yayılan videogörüntülər araşdırılır: 

 

“Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunub. Şəxs müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...