Modern.az

“Barselona” PSJ-yə, “Leypsiq” “Liverpul”a uduzdu - YENİLƏNİB

“Barselona” PSJ-yə, “Leypsiq” “Liverpul”a uduzdu - YENİLƏNİB

Aktual

17 Fevral 2021, 01:55

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” "Kamp Nou"da Fransa çempionu PSJ-ni qəbul edib.

 

Modern.az xəbər verir ki, görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.

 

Hərçənd, hesabı meydan sahibləri açıb. Lionel Messi 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək, ardıcıl 17-ci təqvim ilində Avropanın ən nüfuzlu klub turnirində fərqlənməyi bacarıb.

 

Lakin "Barselona"nın sevinci uzun sürməyib. 32-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Fransalı hücumçu 65-ci dəqiqədə PSJ-ni önə çıxarıb. 70-ci dəqiqədə Moyze Kin PSJ-nin üçüncü qolunu vurub. 85-ci dəqiqədə isə Mbappe het-trik edərək, oyunda son nöqtəni qoyub.

 

Gecənin digər qarşılaşmasında İngiltərə "Liverpul"u Almaniya "Leyptsiq"inin qonağı olub. Koronavirus səbəbindən matç Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılıb. Bu görüşdə də nominal qonaq komanda qələbə qazanıb - 2:0. 53-cü dəqiqədə Məhəmməd Salah, 58-ci dəqiqədə isə Sadio Mane fərqlənib.

 

 

Qeyd edək ki, cavab görüşləri martın 11-də keçiriləcək.

 

***

00:01

UEFA Çempionlar Liqasının (ÇL) 1/8 finalında ilk iki oyuna start verildi.

 

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da “Barselona” - PSJ və “Leypsiq” - “Liverpul” matçı başlayıb.

 

Qeyd edək ki, “Leypsiq” İngiltərə təmsilçisini Macarıstanda qəbul edir. Buna səbəb "Liverpul"un koronavirus səbəbindən Almaniyaya gedə bilməməsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...