Milli Məclisin Sumqayıt şəhəri 42 saylı ikinci seçki dairəsindən deputation, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili seçicilər üçün qəbul keçirib.
Modern.az-ın məlumatına görə, deputat seçicilərini YAP Sumqayıt şəhər təşkilatında qəbul edib.
Qəbula gələn seçicilərin problemləri dinlənilib. Deputatın qərargahından bildirlib ki, seçiciləri maraqlandıran müxtəlif sosial məsələlərin həlli üçün müvafiq işlərin görüləcəyi qeyd edilib. Qəbul zamanı bir neçə məsələ yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülüb.
Qəbulda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov iştirak edib.