Modern.az

Gəncədə polis silah-sursat aşkarladı

Gəncədə polis silah-sursat aşkarladı

Aktual

17 Fevral 2021, 10:17

Gəncə şəhərində silah-sursat tapılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Post Patrul Xidməti Taborunun əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində  silah-sursat aşkarlayıb.

 

Dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirlib. Araşdırmalar zamanı oradan “F-1”, 1 ədəd “RQD 5” əl qumbaraları, 2 ədəd “UZQRM” qumbara partladıcısı, 96 ədəd müxtəlif kalibirli avtomat və tapança patronları aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi