Modern.az

VHP-də yeni təyinatlar: Mərkəzi İcra Aparatı formalaşıb

VHP-də yeni təyinatlar: Mərkəzi İcra Aparatı formalaşıb

Aktual

17 Fevral 2021, 12:05

Vətəndaş Həmrəyliyi Partiyasının VIII qurultayından sonra partiyanın idarəetmə strukturu yenidən formalaşıb. Sədr Aparatının formalaşmasından sonra VHP Mərkəzi İcra Aparatına təyinatlar verilib.

Modern.az-ın məlumatına görə, VHP sədri Sabir Rüstəmxanlı Samir Əsədlini VHP Mərkəzi İcra Aparatı rəhbəri təyin edib.

VHP sədrinin digər sərəncamı ilə Asif Şəkərli VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini, Təşkilat Şöbəsinin müdiri, Səlahəddin Əsgər VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini,  Mühasibatlıq şöbəsinin müdiri, Peyman  Nəsirli VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini,  Xarici Əlaqələr şöbəsinin müdiri, Şəfəq Qulusoy VHP Ümumi şöbənin müdiri, İbrahim Quliyev VHP İdeoloji şöbənin müdiri, Aygün  Qurbanlı VHP Qadınlarla İş şöbəsinin müdiri, Səməndər Mehdiyev VHP QHT-lərlə İş şöbəsinin müdiri, Elçin Səlcuq Siyasi Partiyalarla İş şöbəsinin müdiri, İsmi Ağayev Dini Qurumlarla İş şöbəsinin müdiri, Real Cəfərli VHP Diasporla İş şöbəsinin müdiri təyin edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV