Modern.az

Torpaqların bərpası prosesi başlanıb

Torpaqların bərpası prosesi başlanıb

Aktual

17 Fevral 2021, 12:20

1990-сı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağrılı səhifələri olan birinci Qarabağ müharibəsi bizim üçün çoxlu qurbanlarla, itkilərlə həyatımıza yazılsada, 2020-ci ilin sonları tariximizə qızıl hərflərlə həkk olunmuş, 44 günlük ikinci Qarabağ müharibəsində tarixi qələbəmizlə torpaqlarımızın azad olunması ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin göstərişi nəticəsində şanlı ordumuz Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaratdığı Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu. Ölkəmizin ərazi bütövlüyü tam təmin edildikdən sonra işğaldan azad olunan ərazilərin bərpa edilməsi qarşımızda mühüm vəzifəyə çevrildi. Bu gün güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir.

 

Bəli, artıq İşğaldan azad olunmuş torpaqlarımızın bərpası prosesi başlamışdır. “Qarabağ bölgəsində cənnət yaradacağıq” söyləyən Azərbaycan Prezidenti İlham Əliyev İşğaldan təmizlənən bütün şəhərlərin, kəndlərin bərpasının müasir tələbləri nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlı öz göstərişlərini vermişdir. Dövlətimiz azad edilmiş rayonlarda tezliklə geniş miqyaslı quruculuq işlərinə başlamalı, münbit torpaqların istifadəsi təmin olunmalı, maddi və mənəvi sərvətlərimiz bərpa edilməli bir sözlə Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının, geoloji və coğrafi xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı kompleks işlər aparılmalıdır.

 

Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı qeyd etdiyi kimi, geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaqdır. Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların profili, ixtisaslaşması nəzərdə tutululmuşdur.

 

Bəşəri təfəkkürün mənəvi xəzinəsi adlanan "Qabusnamə"də yazılır: "Ermənilər yer kürəsində mövcud olan xalqlardan ona görə fərqlənirlər ki, onların təbiətində və xarakterində murdarlıq var". Tarixin təhlili göstərir ki, zaman-zaman Azərbaycan xalqının başına gətirilən faciələr onların xislətində olan həmin çirkinliyin nəticəsidir. Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır.1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan 250 minə yaxın azərbaycanlı deportasiya edilmişdir. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınmışdır. 

 

İşğaldan azad edilmiş torpaqlarımızda, insan varlığı miqyasında tükənməz enerji sayılan yaşıl enerji zonası yaradılmalı, həmin ərazilərin ekologiyasının bərpasında mühüm işlər görülməli və bu məqsədlə yaşayış məntəqələrimizdə yenidənqurma  işləri aparılarkən iqtisadi səmərəlilik faydalarından düzgün istifadənin yolları araşdırılaraq, texnoloji innovasiyalar və elmi tədqiqatların verdiyi üstünlüklərdən istifadə etməklə orada yaşıl texnologiyalardan istifadə edilməlidir. Bölgənin enerji resursları günəş, külək enerjisindən istifadəsi təmin edilərək, işğaldan azad edilmiş ərazilərin hər bir guşəsində yaşıllaşdırma məsələləri öz həllini tapmalıdır. 

 

Bölgələrimizə səfəri zamanı Azərbaycan Prezidentinin azad edilmiş rayonlarımıza “Yaşıl enerji zonası” statusu verməsi və dövlətin əsas hədəflərindən, prioritet məsələlərdən olan Yaşıl enerjinin yaradılması nəticəsində yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərimizi: rayon və şəhərlərimizi tamamilə ən müasir, ən modern standartlar səviyyəsində görə biləcəyimizə əsas verir. 

 

Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan və məhz buna görə də, xarakter etibarilə “Vətən müharibəsi” adlandırılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsi Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfərimizdir. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın dönməz və əzmkar iradəsi nümayiş olundu. Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindən biri də təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət – iki dövlət” kimi xarakterizə olunan Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı olmuşdur. Qələbəmizdən sonra səmimi münasibətlər, tarixi dostluq, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmlənmişdir.

 

Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı mənəvi bütövlüyün qorunmasına xüsusi əhəmiyyət verir və onun hər hansı bir imperiya tərəfindən pozulmasına əsla imkan verməyəcəkdir.

 

Zəfərimiz Azərbaycanın və eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdıracaqdır. Bu amillərdən ən vacibi Qarabağda əldə edilmiş hərbi qələbəni Azərbaycanın gələcək dinamik, davamlı sosial-iqtisadi inkişafına transformasiya edə biləcək əhali, xalq məmnunluğudur. 

 

Azərbaycan Ordusnun Qarabağın azad edilməsi uğrunda sentyabrın 27-də başladığı və sonda şanlı qələbə ilə başa çatdırılan "Dəmir yumruq" əməliyyatı  Ermənistanın və onun bəzi xarici havadarlarına xəbərdarlıq oldu. Ali Baş Komandanın təbirincə desək biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik. Şanlı Zəfərimiz Ermənistana sarsıdıcı zərbə oldu. Keçmişdə səhvlər etmiş ola bilərik. Lakin bu səhvlərə ilişib qalmaq, qətiyyən doğru olmaz. Tarix bizə həm də səhvlərdən nəticə çıxarmağı öyrədir. Doğru olan, keçmişi yaddan çıxarmamaq, yaşananlardan dərs alıb gələcəyə köklənmək, xalqın, millətin xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməkdir.

 

İnanırıq ki, xalqımızın Prezident İlham Əliyev ətrafında daha da sıx birləşməsi, milli birlik, həmrəylik ideyalarımızı daha da artıracaq, xalqın sonsuz etimadına, inam və dəstəyinə güvənən prezidentimiz bundan sonra da, respublikamızın inkişafı üçün apardığı şərəfli və çətin missiyanı həyata keçirəcəkdir.

 

Hacıqabul rayon Mərkəzi kitabxanasının 

şöbə müdiri Elmira İbrahimova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV