Modern.az

Küləkli havaya görə Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ

Küləkli havaya görə Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ

Aktual

17 Fevral 2021, 16:48

Xəzər dənizi akvatoriyasında küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

 

Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. O bildirib ki, küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına təhlükəsizlik üçün sığınacaqlarda dayanmalarını təmin etmələri tapşırılıb: 

 

"Hava şəraiti ilə əlaqədar artıq qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb, gəmilər hazırda sığınacaqlardadırlar. Dənizdə onların yenidən fəaliyyəti 18 fevral axşam saatlarından sonraya nəzərdə tutulub".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi