Modern.az

Qarabağda yüksək texnologiyalar parkları yaradılacaq

Qarabağda yüksək texnologiyalar parkları yaradılacaq

Aktual

18 Fevral 2021, 19:14

Türkiyənin İstanbul Texnoparkı ilə Azərbaycanın İnnovasiyalar Agentliyi arasında "Yüksək Texnologiyalar sahəsində Əməkdaşlıq" üzrə memorandum imzalanıb.

 

İnnovasiyalar Agentliyindən Modern.az-a verilən məlumata görə, memorandumda tərəflərin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub.

 

Əməkdaşlıq çərçivəsində, Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması, gənc mütəxəssislərin yetişdirilməsi, eyni zamanda bilik və təcrübələrin paylaşması məqsədi ilə mütəmadi olaraq inkubasiya və akselerasiya proqramları, texnologiya transferi proqramları həyata keçiriləcək. Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil edilməsi, hər iki ölkədə nümayəndəliklərin və ən əsası isə Qarabağda müştərək yüksək texnologiyalar parklarının yaradılması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi