Modern.az

Bakıda məcburi köçkünlərin binasında yanğın

Bakıda məcburi köçkünlərin binasında yanğın

Aktual

18 Fevral 2021, 23:41

Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 45 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi