Modern.az

Gürcüstanda yeni hökumətin tərkibi açıqlandı

Gürcüstanda yeni hökumətin tərkibi açıqlandı

Aktual

19 Fevral 2021, 22:22

Gürcüstan Baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili bəyan edib ki, onun hökumətində cəmi iki yeni nazir olacaq. Bunlar müdafiə naziri Cuanşer Burçuladze və regional inkişaf naziri İrakli Karseladzedir.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, hökumət başçısı postuna namizəd bu barədə brifinq zamanı məlumat verib. Mətbuat konfransı ölkə telekanalları tərəfindən canlı yayımlanıb.

 

Qeyd edək ki, hazırda Cuanşer Burçuladze və İrakli Karseladze rəhbər vəzifəyə irəli sürüldükləri qurumlarda nazir müavini vəzifəsini tuturlar. 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV