Modern.az

Çempionlar Liqasının bu matçı keçirilməyə bilər

Çempionlar Liqasının bu matçı keçirilməyə bilər

Aktual

20 Fevral 2021, 01:00

“Bavariya” klubunun futbolçuları arasında sayca dördüncü koronavirusa yoluxma faktı aşkar olunub.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, Münhen klubunun fransalı müdafiəçisi Benjamin Favarın COVID-19 testi pozitiv çıxıb.

 

Qeyd edək ki, buna qədər Tomas Müller, Leon Qoretska və Xavi Martinesin də koronavirusa yoluxduğu bildirilib.

 

Münhen Səhiyyə Departamentindən verilən məlumata görə, yoluxma sayının artması səbəbindən qurum komandanı karantinə göndərə bilər.

 

Xatırladaq ki, “Bavariya” 21 turdan sonra Almaniya çempionatının lideridir. Fevralın 23-də isə komanda Çempionlar Liqasının 1/8 mərhələsində “Latsio” ilə qarşılaşmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi