Modern.az

Rusiyada 7 nəfər quş qripinə yoluxdu

Rusiyada 7 nəfər quş qripinə yoluxdu

Aktual

20 Fevral 2021, 15:32

Rusiyanın cənubunda quşçuluq fermalarının birində 7 nəfər quş qripinə yoluxub.

 

Modern.az məlumatına görə, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova deyib.

 

Onun sözlərinə görə, fermada quş qripinin yeni növü olan A(H5N8) ştammı aşkar edilib. O bildirib ki, quşdan insana yoluxma faktı ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına məlumat göndərilib.

 

Qeyd olunub ki, hələlik insandan insan yoluxma faktı aşkar olunmayıb.

 

Quş qripinə yoluxmuş şəxslərin özlərini yaxşı hiss etdikləri deyilir.

 

Anna Popova əlavə edib ki, həmin fermada 2020-ci ilin dekabrında quş qripi epidemiyası yayılmışdı.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV