Modern.az

Azərbaycana gətirilən altı ton darçının istehlaka yararsız çıxdı

Azərbaycana gətirilən altı ton darçının istehlaka yararsız çıxdı

Aktual

20 Fevral 2021, 17:47

Vyetnamdan ölkəmizə idxal edilən altı ton darçın məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Modern.az-a verilən məlumata görə, ölkəmizə idxal edilən altı ton darçın məhsulu partiyasına agentliyin müfəttişləri baxış keçirib.

 

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

 

Müayinələr nəticəsində ağır metallar qrupuna aid olan kadmiumun (Cd) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi aşkarlanıb.

 

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV