Modern.az

Votsapdan yeni qaydaları qəbul etməyənlərə XƏBƏRDARLIQ

Votsapdan yeni qaydaları qəbul etməyənlərə XƏBƏRDARLIQ

Aktual

20 Fevral 2021, 20:56

Votsap (WhatsApp) sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqin funksiyalarını məhdudlaşdıracaq.

 

Modern.az "qazeta.ru"ya istinadla xəbər verir ki, 15 may tarixinədək istifadəçilər bu qaydaları qəbul etməyə bilər. Qeyd edilən tarixdən sonra isə votsap tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

 

Xatırladaq ki, votsap qeydiyyat müqaviləsinə fərdi məlumatların feysbuka (Facebook) köçürülməsinə dair bənd əlavə edərək istifadəçilərinin tənqidinə səbəb olub.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi