Modern.az

İranda vurulan Ukrayna təyyarəsi ilə bağlı araşdırmalar tamamlandı

İranda vurulan Ukrayna təyyarəsi ilə bağlı araşdırmalar tamamlandı

Aktual

20 Fevral 2021, 21:19

İranın hərbi prokurorluğu 2020-ci ilin əvvəlində Tehran yaxınlığında vurulan Ukraynaya məxsus “Boeing” tipli təyyarə ilə bağlı araşdırmanı başa çatdırıb.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin məhkəmə təşkilatının rəhbəri Şükrulla Bəhrami deyib.

 

“Hərbi prokurorluqda Ukrayna təyyarəsi ilə bağlı iş üzrə araşdırma başa çatıb”, - deyə o bildirib.

 

Onun sözlərinə görə, hazırda iş üzrə ittiham aktı hazırlanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...