Modern.az

İmişlidə iki azyaşlını maşın vurdu - biri öldü

İmişlidə iki azyaşlını maşın vurdu - biri öldü

Aktual

20 Fevral 2021, 23:15

İmişli rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.

 

İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yolda dayanan Aranlı kənd sakinləri, 2013-cü il təvəllüdlü Hüseynli Umud Musa oğlunu və 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlunu vurub.

Hadisə nəticəsində ikinci azyaşlı hadisə yerində dünyasını dəyişib, digəri isə Biləsuvar xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır (apa).

 
Whatsapp
Bizə yazın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib