Modern.az

“Bavariya” səfərdə məğlub oldu

“Bavariya” səfərdə məğlub oldu

Aktual

21 Fevral 2021, 00:06

Almaniya çempionatının 22-ci tur oyununda Frakfurtun "Ayntraxt"ı Münhen "Bavariya"sını 2:1 hesabı ilə məğlub edib.

 

Modern.az xəbər verir ki, qaliblər sırasında qolları Daiti Kamada (12-ci dəqiqə) və Amin Yunes (31), "Bavariya"dan isə Robert Levandovski (53) vurublar.

 

Münhen klubu 22 matçdan sonra 49 xalla ölkə çempionatı cədvəlində birinci, "Ayntraxt" isə 22 görüşdən sonra 42 xalla dördüncüdür.

 

Növbəti turda "Bavariya" 27 fevralda "Köln"ü qəbul edəcək, 3 fevralda isə Çempionlar Liqasının 1/8 final matçında İtaliyanın "Lasio" komandası ilə görüşöcök. "Ayntraxt" ölkə çempionatının 23-cü turunda 26 fevralda Bremenin "Verder" komandasına qarşı oynayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi