Modern.az

İran 7 sərhəd buraxılış məntəqəsini bağladı

İran 7 sərhəd buraxılış məntəqəsini bağladı

Aktual

21 Fevral 2021, 00:22

İran koronavirusla bağlı yoluxma sayındakı artımın davam etdiyi bir vaxtda yeni mutasiyaların yayılmasının qarşısını almaq məqsədilə İraqla yeddi sərhəd buraxılış məntəqəsini bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

 

Kirmanşah vilayətinin Koronavirusla Mübarizə Mərkəzinin sözçüsü Məsud Bəhramnejad bölgədə mutasiyaların aşkarlanmadığını, bu addımın qabaqlayıcı tədbir kimi görüldüyünü qeyd edib.  

 

Qeyd edək ki, İranda ötən gün 7922 nəfərdə koronavirus aşkarlanıb, 68 nəfər infeksiyanın qurbanı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi