Modern.az

“Türkiyə və Azərbaycanla müzakirələr aparmağa hazırıq” - David Zalkaliani

“Türkiyə və Azərbaycanla müzakirələr aparmağa hazırıq” - David Zalkaliani

Aktual

21 Fevral 2021, 00:38

“Bölgədə baş verən prosesləri müzakirə etmək üçün yaxın zamanlarda Türkiyə və Azərbaycana səfər etmək istəyirəm”.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani deyib.

 

Onun sözlərinə görə, Gürcüstan regionda hadisələrin inkişafından geri qalmamalı, lakin eyni zamanda proseslər ölkə maraqlarına zərər gətirməməlidir:

 

“Bu səfərləri yaxın zamanlarda həyata keçirməyə hazıram. Çünki regiondakı cari proseslərdə iştirakımız olduqca mühüm əhəmiyyət kəsb edir. Bizim də irəli sürə biləcəyimiz təkliflər var. Bununla bağlı hər iki qonşumuzla müzakirələr aparmağa hazırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV