Modern.az

“Everton” 22 illik “Enfild” tilsimini qırdı

“Everton” 22 illik “Enfild” tilsimini qırdı

Aktual

21 Fevral 2021, 01:00

"Liverpul" İngiltərə çempionatının 25-ci turunun matçında "Everton"a 0:2 hesabı ilə uduzub.

 

Modern.az xəbər verir ki, matç azarkeşlərin iştirakı olmadan "Enfild" stadionunda keçirilib.

 

Qarşılaşmada hesab üçüncü dəqiqədə açılıb – Rişarlison fərqlənib. Rəqibin qapısına ikinci qolu penaltidən Qilfi Siqurdsson vurub.

 

Qeyd edək ki, "Everton" 1999-cu ilin sentyabrından bu stadionda 14 dəfə uduzub.

 

Beləliklə, "Everton" "Enfild"də 22 illik məğlubiyyət seriyasını başa vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV