Modern.az

Siyəzəndə qanunsuz ov edən şəxs saxlanıldı

Siyəzəndə qanunsuz ov edən şəxs saxlanıldı

Aktual

21 Fevral 2021, 10:34

Siyəzən rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətininin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.

 

Ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və5 ədəd patron aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...