Modern.az

Ermənistanda virusdan ölənlərin sayı yenə artdı

Ermənistanda virusdan ölənlərin sayı yenə artdı

Aktual

21 Fevral 2021, 11:09

Ermənistanda son sutkada daha 168 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 402-yə çatıb.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 164-ə yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 801 nəfərdir.

 

İndiyədək 161 994 pasiyent infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 4 443 aktiv koronavirus xəstəsi var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi