Modern.az

Şamaxıda avtomobil dərəyə aşdı

Şamaxıda avtomobil dərəyə aşdı

Aktual

21 Fevral 2021, 17:22

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın xəbərinə görə hadisə Şamaxı rayonunun Dəmirçi kəndi ərazisində qeydə alınıb.

 

Şamaxı-Dəmirçi yolunda hərəkətdə olan 90-ZO-526 dövlət nömrə nişanlı "Honda" markalı minik avtomobili yolun buz bağlaması səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Zahir qızı, 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi