Modern.az

Prezidentlər ABŞ-ın yeni rəhbərliyinin açıqlamalarını müzakirə etdilər

Prezidentlər ABŞ-ın yeni rəhbərliyinin açıqlamalarını müzakirə etdilər

Aktual

21 Fevral 2021, 21:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında teıefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti administrasiyası məlumat yayıb.

 

Məlumata görə, danışıqlar zamanı ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, təhlükəsizlik və disgər sahələrdə əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsinə dair iradəni müdafiə etdiyini bildirib. O, ABŞ-ın yeni rəhbərliyinin İrana qarşı birtərəfli sanksiyalarının aradan qaldırılması ilə bağlı istəyini ifadə edərək son günlər bu mövzu ilə bağlı açıqlamaların problemin həlli ilə bağlı yeni imkanlar yaratdığını bildirib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi